• Künye
  • İletişim
  • Çerez Politikası
  • Gizlilik İlkeleri
Anasayfa
  • Genel Haber
  • Kültür & Sanat
  • Gündem
  • Siyaset
  • Sağlık
  • Spor
  • Eğitim
  • Resmi İlanlar
  • Duyurular Haberler
  • Ara
SON DAKİKA:
11:42
Ziya Zakir Acar II. Iğdır Kitap Fuarında okuyucularla bir araya geldi
08:47
Iğdır Azer İshak Yaycılı Bilim ve Sanat Merkezi Öğrencileri Roma Yolcusu!
08:39
SERDAR ÜNSAL'DAN "HAYDAR ALİYEVİN 102. DOĞUM GÜNÜ MESAJI
08:35
İl Milli Eğitim Müdürü Aziz Gün, “Ailemle Eğitim Yolculuğu” Projesine Katıldı
08:28
Iğdır 2. Kitap Fuarı’nda 112 Acil Çağrı Merkezi’nden Farkındalık Standı
08:26
Tuzluca’da Trafik Haftası Etkinliklerinde Öğrencilere Farkındalık Mesajı
08:23
Alagöz Holding Iğdır FK, Play-Off Yolunda Taraftarıyla Buluşuyor!
08:21
Iğdır Tarım Müdürlüğünden Kara Leke Uyarısı
01:34
Iğdır’da Kitap Sevgisi: Minik Okurlar, Yazar Serdar Ünsal ile Buluştu!
Video Galeri Foto Galeri Yazarlar Üye Paneli
A
Büyüt
A
Küçült
Yorumlar
  1. Haberler
  2. Genel Haber
  3. Türkiyd Azrbaycan diasporu yaxşı vziyytddir
Genel Haber
Yayınlanma: 17 Ocak 2013 - 06:34

Türkiyd Azrbaycan diasporu yaxşı vziyytddir

    Göksel Gülbəy: “Türkiyədə fəaliyyət göstərən təşkilat və cəmiyyətlərə Azərbaycan tərəfindən bir tapşırıq verilmədən belə onlar Azərbaycan üçün könüllü şəkildə fəaliyyət göstərirlər”    "Ermənilər bizi aradan götürmək istəyirlər”    Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin zaman-zaman törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında ölkəmizə var gücü ilə dəstək olan, fəaliyyətinin böyük bir qismini Azərbaycanın haqlı davasına yönəldən təşkilatlardan biri də Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyidir. Zaman-zaman Azərbaycanın haqq işinin müdafiəsi istiqamətində yerli və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirən ASİMDER-in bu fəaliyyəti isə erməni diasporunu ciddi narahat etməkdədir. Elə bu səbəbdəndir ki, son vaxtlar həm Türkiyədə, həm də digər ölkələrdəki erməni diasporunun ASİMDER rəhbəri Göksel Gülbəyə qarşı təzyiq və təhdidləri artıb. Dərnək rəhbərini ölümlə hədələməkdən belə çəkinməyən ermənilər dəyərli soydaşımızı fiziki cəhətdən məhv etmək istəyirlər. “OLAYLAR”-a verdiyi müsahibədə Güksel Gülbəy ermənilərin ona qarşı yönələn təhdidlərinin başlıca məqsədi və bu təhdidlərə qarşı atdığı addımlar barədə danışıb.    -Göksel bəy, son zamanlar erməni diasporunun sizə qarşı kampaniya xarakterli təzyiqlərinə start verilib. Sizcə bu kampaniya nədən irəli gəlir və sizin başlıca hədəf olaraq seçilməyiniz hansı səbəbdəndir?     -Erməni diasporası 2013-cü ilə daxil olduğumuz bu aylarda Birləşmiş Ştatların  Nyu-York şəhərində qondarma erməni soyqırımının 100 illiyinə hazırlıq istiqamətində fəaliyyətə başlayıb. Ermənilər bu fəaliyyətə başlayarkən Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mücadilə Dərnəyi olaraq biz həm Türkiyədə, həm də beynəlxalq aləmdə erməni diasporunun bu fəaliyyətinə qarşı hərəkətə keçdik. Bizim dərnək sözün əsl mənasında erməni diasporunun qarşısında bir maneəyə çevrildi. Hazırda da təşkilatımız bu istiqamətdə çox ciddi fəaliyyətdədir. Bununla yanaşı bir məlumatı da diqqətinizə çatdırım ki, hazırda Türkiyədə yaşayan erməni icmasının 57 vəqfi, 21 məktəbi, 15 dərnəyi, 10 qəzet və jurnalı var. Həmçinin Türkiyədə ermənilərə məxsus 5 qəbirstanlıq mövcuddur.  Türkiyədəki erməni vəqf və məktəblərinin illik gəliri milyonlarla dollar məbləğində hesablanmaqdadır. Biz Beynəlxalq Əsilsiz Erməni İdialarına Qarşı Mücadilə Dərnəyi olaraq  həmin vəsaitin hara xərcləndiyini sual etdiyimiz üçün Türkiyədəki erməni icması bundan narahat olur. Eyni zamanda dərnək rəhbəri olaraq Türkiyə Cümhuriyyətinin müvafiq nazirliklərinə bununla bağlı suallar ünvanladığım üçün Türkiyədəki ermənilər məni hədəf götürüblər. Onlar məni, ailəmi, hətta uşaqlarımı təhdid edir, ev telefonuna zəng edərək ölümlə hədələyirlər.    -Sizcə, ermənilərin əsas məqsədi nədir?    -Ermənilərin bu məsələdə əsas məqsədləri qondarma erməni soyqırımı iddialarına qarşı davamlı fəaliyyət göstərən Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyini sıradan çıxarmaqdır. Ö imkanları hesabına buna nail olmadıqlarını görən ermənilər Türkiyə Cümhuriyəti məhkəmələrindən istifadə edərək bizi əngəlləmək və susdurmaq istəyirlər. Çünki Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi Türkiyə və beynəlxalq aləmdə həyata keçirdiyi fəaliyyəti ilə erməni diasporasının qarşısını almış, hər zaman onun  qarşısına çıxaraq ermənilərə əngəl olub. Ona görə də ermənilər bizi aradan götürmək istəyirlər.    -Ermənilər hər zaman terror aksiyaları həyata keçirərək onların yalan üzərində qurduqları siyasəti ifşa edən tanınmış simaları aradan götürmətə çalışıblar. Bu baxımdan sizin həyatınıza qarşı da hər hansı bir terror edilə bilərmi?     -Ermэnilэrin türk millətinə qarşı hər zaman, tarixin müxtəlif dövrlərində  qətliam və terror həyata keçirdiklərini bütün dünya ictimaiyyəti, ayrı-ayrı ölkələr bilməkdədir. Qondarma soyqırımın 100 illiyinin Türkiyə tərəfindən də qəbul edilməsini arzulayan ermənilər bizim dərnəyin buna qarşı çıxmasından olduqca narahatdırlar. Xüsusilə Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin rəhbəri olaraq mənimlə hesablaşmaq istəyirlər. Ermənilər  internet və telefon vasitəsilə məni təhdid edirlər. Həmçinin Türkiyə və ayrı-ayrı xarici ölkələrdəki ermənilər tərəfındən mənsub olduqları internet sahifələrində fotoqrafımı yayaraq mənim şəklimin altında “faşist köpək”  və “Erməni düşməni” kimi təhqiredici ifadələr yazırlar. Eyni zamanda məni irqçi kimi qələmə verib mənə qarşı dayanmadan ölüm təhdidləri göndərirlər. Ermənilər qorxub-çəkinmədən internet səhifələrində mənə “Tələt Paşanın başına silah sıxdığımız kimi sənin də başına sıxacağıq” kimi xəbərdarlıqlar edirlər.     -Ermənilər tərəfindən edilən təhdidlərdən dolayı Türkiyənin hüquq-mühafizə orqanları, rəsmi dairələrinə təhlükəsizliyinizin təmin edilməsi məqsədilə müraciət etmisinizmi?     -Erməni icması və ya diasporası tərəfindən mənə qarşı edilən bu tэhdidlədэn və internet səhifələrində yazılan təhqiramiz ifadələrdən dolayı İqdır valiliyinə təhlükəsizliyimin təmin edilməsi məqsədilə ərizə ilə müraciət etdim.  Özümün, ailəmin və Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin yerləşdiyi binanın qorunmasıni tələb etdim. Çünki ev telefonum və mobil telefonuma zəng edib məni təhdid edirlər. 11 ve 5 yaşındaki qızlarım telefona cavab verərkən onlara “Siz atasız qalacaqsınız” deyirlər. Ona görə də özümün və ailəmin təhlükəzisliyinin təmin olunmasını istəyirəm.    -Türkiyədəki Azərbaycan diasporu bu məsələdə sizə hansısa formada dəstək verir və  ya köməklik göstərirmi?     -Türkiyə qanunları çərcivəsində azərbaycanlı rəsmilərin, eləcə də buradakı Azərbaycan diasporunun mənə kömklik, yardım göstərmək istiqamətində edəcəkləri bir şey yoxdur. Ancaq baş verən hadisələr kütləvi informasiya vasitələrində yer alınca həm Azərbaycanın        Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyi, həm də Azərbaycanın Qars vilayətindəki  Baş Konsulluğu mənimlə əlaqə saxlayıb təsəlli verdilər və mənə hansı formada dəstək verə biləcəklərini soruşdular. Bu diqqətə görə həm Ankaradakı Azərbaycan səfirliyi, həm də Qarsdakı Baş Konsaulluğa, hər iki diplomatik nümayındəlikdə çalışan insanlara dərindən minnətdarlıöımı bildirirəm. Xüsusilə heç zaman bizdən dəstəyini əsirgəməyən Azəbaycan Beynəxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevə dərin təşəkkürümü bildirirəm. Çünki İsmayıl Ağayev bu hadisələr baş verən gündən etibarən mütəmadi şəkildə mənimlə əlaqə saxlayıb cərəyan edən proseslərlə maraqlanmışdır. Həmçinin Beynəlxalq Diaspor Mərkəzi baş verən olaylarla bağlı Azərbaycanın kütləvi informasiya vasitələrini də geniş və ətraflı şəkildə məlumatlandırıb.    -Göksəl bəy, Türkiyədə Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz? Azərbaycan diasporu qardaş ölkədə nə dərəcədə fəaldır?    -Türkiyə Azərbaycan dostluq və qardaşlığı, səmimiyətliyi davam ettikcə Azərbaycan diasporu Türkiyə Cümhuriyyətində inkişaf edəcək, daha aktiv rol oynayacaq.  Mərhum, ümummilli lider Heydər Əliyevin dediyi kimi “Bir millət iki dövlət” ifadəsi hər zaman harada olmasından asılı olmayaraq bu iki dövlət üçün keçərli olub və hər zaman Azərbaycan Türkiyəni, Türkiyə də Azərbaycanı bütün məsələlərdə dəstəkləyib. Türkiyədə fəaliyyət göstərən təşkilat və cəmiyyətlərə Azərbaycan tərəfindən bir tapşırıq verilmədən belə onlar Azərbaycan üçün könüllü şəkildə fəaliyyət göstərirlər. Ona görə də  bu təşkilatlara sadəcə əyani vəsaitlərin verilməsi  yolu ilə dəstəyi verilməlidir. Yalnız Azərbaycan diasporasının diqqət etməsi vacib olan məqam ondan ibarətdir ki,  bərabər çalışacaqları təşkilatları yaxşıca araşdırıb ondan sonra birgə fəaliyyətə üstünlük verməlidirlər. Ümumilikdə götürdükdə Türkiyə Cümhuriyyətində Azərbaycan diasporası yaxşı vəziyyətdədir.    -Gələn ay Xocalı soyqırımının 21-ci ildönümü qeyd ediləcək. Bu ərəfədə Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi olaraq hansısa tədbirlər keçirməyi nəzərdə tutmusunuzmu?     -Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi olaraq hər il 26 fevral-Xocalı soyqırımının ildönümü ərəfəsində müxtəlif tədbirlər keçiririk  Ümumiyyətlə, dərnəyimiz zaman-zaman Azərbaycanın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması prosesində əlindən gələni əsirgəmir. Bununla bağlı Azərbaycandakı əməkdaşlıq etdiyimiz təşkilatlarıla müntəzəm olaraq konfranslar, dəyirmi masalar, aksiyalar keçiririk. Bu il də Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Mərkəzi tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək. Artıq bununla bağlı müəyyən proqram da müəyyən etmişik. Həmin tədbirlər planına uyğun olaraq 26 fevral-Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Iqdır, Ərzurum, Uşaq, Bursa, Manisa və İstanbul şəhərlərində konfrans və etiraz aksiyaları, yürüşlər keçiriləcək.    -Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, ermənilərin tarixən Azərbaycan xalqının başına gətirdikləri fəlakətlər, eləcə də Xocalı soyqırımının dünyaya daha geniş miqyasda tanıdılması üçün əlavə hansı addımlar və tədbirlər keçirməyi məqsədəuyğun hesab edərdiniz?     -Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımının dünyaya daha geniş şəkildə şatdırılması üçün bir vacib məqama diqqət yetirmək lazımdır. Belə ki, ilkin mərhələdə daha təsirli fəaliyyət göstərən təşkilatların bir araya gələrək özləri üçün  bir yol xəritəsi tərtib etmələri zəruridir. Azərbaycan diasporası bu günə qədər yalnız  vaxtıilə Azərbaycanda anadan olmuş vətəndaşların təsis etdiyi təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verdi.     Lakin mərhum ümummilli lider Heydər Əliyevin 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü  elan edərkən qarşısına qoyduğu başlıca hədəf azərbaycanlıların hansı ölkədə anadan olmasından asılı olmayaraq Vətənlə əlaqələrini inkişaf etdirmək idi.  Bir məqamı da qeyd edim ki, artıq dünya insanları evlərində qan, insan ölümünü özündə əks etdirən  kitablar broşürlər, CD-lər  görmək istəmirlər. Hesab edirəm ki, bu kimi mövzularla bağlı roman, hekayə yazmaq, sənədli, bədii və cizgi filmləri çəkmək lazımdır. Onu da nəzərə çatdırım ki, bu kimi işlər dövlət deyil, qeyri dövlət təşkilatları tərəfindən həyata keçirilməlidir. Həmçinin  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımını tanıda biləcək və dünyanın dörd bir tərəfində fəaliyyət göstərə biləcək könüllü insanlar seçilib müxtəlif dövlətlərə göndərilməlidir.            Süleyman İsmayılbəyli

Genel Haber
17 Ocak 2013 - 06:34
Yorumlar
Yazdır
A
Büyüt
A
Küçült
Yorumlar
Türkiyd Azrbaycan diasporu yaxşı vziyytddir
  • YORUMLAR
adlı kullanıcıya cevap x
İlginizi Çekebilir
SERDAR ÜNSAL'DAN
SERDAR ÜNSAL'DAN "HAYDAR ALİYEVİN 102. DOĞUM GÜNÜ MESAJI
Iğdır 2. Kitap Fuarı’nda 112 Acil Çağrı Merkezi’nden Farkındalık Standı
Iğdır 2. Kitap Fuarı’nda 112 Acil Çağrı Merkezi’nden Farkındalık Standı
Tuzluca’da Trafik Haftası Etkinliklerinde Öğrencilere Farkındalık Mesajı
Tuzluca’da Trafik Haftası Etkinliklerinde Öğrencilere Farkındalık Mesajı
Iğdır Tarım Müdürlüğünden Kara Leke Uyarısı
Iğdır Tarım Müdürlüğünden Kara Leke Uyarısı
Son Haberler
Ziya Zakir Acar II. Iğdır Kitap Fuarında okuyucularla bir araya geldi
Ziya Zakir Acar II. Iğdır Kitap Fuarında okuyucularla bir araya geldi
Bakan Yerlikaya: "Van ve Şanlıurfa'da 311,5 kilogram uyuşturucu madde ele geçirdik"
Bakan Yerlikaya: "Van ve Şanlıurfa'da 311,5 kilogram uyuşturucu...
Rektör Hacımüftüoğlu'ndan ABD'de stratejik bilimsel temaslar: Önde gelen ABD üniversitesiyle ortaklık adımları
Rektör Hacımüftüoğlu'ndan ABD'de stratejik bilimsel temaslar:...
Fen Lisesi Öğrencileri ETÜ'de düzenlenen sempozyumda buluştu
Fen Lisesi Öğrencileri ETÜ'de düzenlenen sempozyumda buluştu
Erzurum'da tarıma güçlü destek
Erzurum'da tarıma güçlü destek
Milli Eğitim Müdürlüğünün Düzenli Takibi 3 Milyonun Geri Gitmesini Engelledi
Milli Eğitim Müdürlüğünün Düzenli Takibi 3 Milyonun Geri Gitmesini Engelledi

Ana Sayfa
Genel Haber
Kültür & Sanat
Gündem
Siyaset
Sağlık
Spor
Eğitim
Resmi İlanlar
Duyurular
Haberler
Köşe Yazarları
Foto Galeri
Video Galeri
Biyografiler
Üye Paneli
Günün Haberleri
Arşiv
Gazete Arşivi
Hava Durumu
Gazete Manşetleri
Nöbetci Eczaneler
Namaz Vakitleri
  • Duyurular
  • Eğitim
  • Genel Haber
  • Gündem
  • Haberler
  • Kültür & Sanat
  • Resmi İlanlar
  • Sağlık
  • Siyaset
  • Spor
  • Foto Galeri
  • Video Galeri
  • Köşe Yazarları
  • Biyografiler
  • Üye Paneli
  • Günün Haberleri
  • Arşiv
  • Gazete Arşivi
  • Hava Durumu
  • Gazete Manşetleri
  • Nöbetci Eczaneler
  • Namaz Vakitleri

  • Rss
  • Künye
  • İletişim
  • Çerez Politikası
  • Gizlilik İlkeleri

Sitemizde bulunan yazı , video, fotoğraf ve haberlerin her hakkı saklıdır.
İzinsiz veya kaynak gösterilemeden kullanılamaz.