IĞDIRLILAR AZERBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİNE EHTİRAMLARINI BİLDİRİRLER
Iğdır’lıların Haydar Aliyevi ziyaret ederek ölüm yıldönümü nedeniyle anıtına çelenk bırakmaları Azarbaycan basınında şu şekilde yer aldı.
Yayınlanma :
16.12.2009 13:35
Güncelleme :
29.07.2025 22:55


Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə İğdırdakı Heydər Əliyev parkında mərasim keçirilmişdir. Azərbaycan xalqının böyük oğlunun buradakı abidəsi önünə əklil qoyulmuş, dahi siyasətçinin ruhuna dualar oxunmuşdur.
İğdır Azərbaycan Evi Dərnəyi mətbuat xidmətinin rəhbəri Sərdar Ünsal mərasim iştirakçıları qarşısında çıxış edərək bildirmişdir ki, Heydər Əliyev türk dünyasının böyük liderlərindən biridir. O, güclü inkişaf edən bir Azərbaycan qoyub getmişdir. Heydər Əliyev daim Türkiyə ilə əlaqələrin yaxşılaşmasına çalışmış və buna nail olmuşdur.
Biz iğdırlılar həmişə Azərbaycanın uğurlarına sevinmiş, onu dəstəkləmişik. Dahi siyasətçi Türkiyəni də nəzərdə tutub deyirdi ki, biz bir millət, iki dövlətik. Ulu Atatürkün Türkiyə üçün etdiklərini Heydər Əliyev Azərbaycan üçün etmişdir.
O, Bakı-Ceyhan neft kəməri layihəsini reallaşdırmaqla türk dünyasının həqiqi liderlərindən biri olduğunu sübut etdi.
Bu müdrik siyasətçinin oğlu Prezident İlham Əliyev atasının xəttini qətiyyətlə davam etdirir, Azərbaycana yeni uğurlar qazandırır. Azərbaycan İlham Əliyevin sayəsində dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.
Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu vurğulayan Sərdar Ünsal dünya ictimaiyyətini Azərbaycanın haqq işini dəstəkləməyə çağırmışdır.
Mərasimdə MHP vilayət təşkilatının rəhbəri Cahit Erol, iş adamı Cəfərəli Taşbağ, Ticarət və Sənaye Odasının Başçısı Kamil Aslan və başqaları çıxış etmişlər.
Yorum Yazma Kuralları
Lütfen yorum yaparken veya bir yorumu yanıtlarken aşağıda yer alan yorum yazma kurallarına dikkat ediniz.
Türkiye Cumhuriyeti yasalarına aykırı, suç veya suçluyu övme amaçlı yorumlar yapmayınız.
Küfür, argo, hakaret içerikli, nefret uyandıracak veya nefreti körükleyecek yorumlar yapmayınız.
Irkçı, cinsiyetçi, kişilik haklarını zedeleyen, taciz amaçlı veya saldırgan ifadeler kullanmayınız.
Türkçe imla kurallarına ve noktalama işaretlerine uygun cümleler kurmaya özen gösteriniz.
Yorumunuzu tamamı büyük harflerden oluşacak şekilde yazmayınız.
Gizli veya açık biçimde reklam, tanıtım amaçlı yorumlar yapmayınız.
Kendinizin veya bir başkasının kişisel bilgilerini paylaşmayınız.
Yorumlarınızın hukuki sorumluluğunu üstlendiğinizi, talep edilmesi halinde bilgilerinizin yetkili makamlarla paylaşılacağını unutmayınız.
Yorumlar
Kalan Karakter: