• Künye
  • İletişim
  • Çerez Politikası
  • Gizlilik İlkeleri
Anasayfa
  • Genel Haber
  • Kültür & Sanat
  • Gündem
  • Siyaset
  • Sağlık
  • Spor
  • Eğitim
  • Resmi İlanlar
  • Duyurular Haberler
  • Ara
SON DAKİKA:
16:01
Iğdır Üniversitesi Diş Hekimliği Fakültesi 20 Öğrenciyle Eğitime Başlıyor
15:07
Ağrı Dağı'nın gölgesinde 'Kayısı Cup' heyecanı  
15:06
 Alagöz Holdi̇ng Iğdir Fk İlk  Maçını Sarıyer Spor  Gerçekleştirecek
15:04
5. Ulusal Kayısı Cup Tenis Turnuvası Iğdır’da Tüm Hızıyla Devam Ediyor!
12:46
Ehlibeyt Alimleri Derneği’nden Aşura Programına Katılanlara Teşekkür
12:42
TOBB Nefes Kredisi Iğdır’da Yeniden Başlıyor!
11:33
Estetik Dokunuşlarla Iğdır Daha Güzel Olur
08:57
Iğdırlı Sporcu Sedat Öğlü Türkiye Şampiyonu Oldu
08:56
Küllük Köyü'nde Tarımda Sessiz Devrim: Sürmeli Çukuru Kooperatifi Çorak Toprakları Yeşertiyor
08:43
Iğdır’da Trafik Kazası: 1 Kişi Hayatını Kaybetti, 1 Kişi Ağır Yaralı
Video Galeri Foto Galeri Yazarlar Üye Paneli
A
Büyüt
A
Küçült
Yorumlar
  1. Haberler
  2. Genel Haber
  3. Mart soyqirimi
Genel Haber
Yayınlanma: 03 Temmuz 2010 - 09:41

Mart soyqirimi

    Azərbaycan xalqı çoxəsrlik tarixində, öz həyat yolunda böyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir.

Genel Haber
03 Temmuz 2010 - 09:41
Yorumlar
Yazdır
A
Büyüt
A
Küçült
Yorumlar
Mart soyqirimi
Müsəlman aləmi dünya mədəniyyətinə Qurani- Kərim kimi müqəddəs bir kitab bəxş etmişdir. Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir. Həmin faciələrdən biri də İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımlardır.Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin həqiqi mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Uzun illər gizli saxlanılan , üzərinə qadağalar qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr obyektiv araşdırılır və özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi – hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.
     Bundan savayı ermənilərin Azərbaycanlılara qarşı toretdikleri vehşiliklerin xronoloji ardiciliqlarina nezer yetirsek gorərik ki, tarix boyu azərbaycan xalqı dözülməz hadisələrlə üzləşib : Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və anasızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilərinin və onların ideoloqlarının xalqımıza qarşı cinayətlərinin tam olmayan siyahısı belədir. Yüzillər boyu davam edən bu şovinist və davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələri vandallıqla dağıdılmışdır. Keçən dövrdə mütəmadi olaraq erməni xalqının geniş dairələri azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda “türk-azərbaycanlı” düşmən obrazı yaradılmış, bu məqsədə xidmət edən “mədəni-milli cəmiyyətlər”, terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur. 1813 – cü və 1828 – ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuş Azərbaycan xalqının bu milli faciəsinin tarixi kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi sürətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi . ,, Böyük Ermənistan ,, yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905 – 1907 – ci illərdə Azərbaycanlılara açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirtdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb yerlə yeksan edildi , minlərlə azərbaycanlı qətlə yetirilidi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına , ona düzgün hüquqi – siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avanturist torpaq iddialarını pərdələmişdir. Bu səbəbdən XX əsr Vətən tarixinin ən mürəkkəb və ziddiyyətli dövrlərindən biri 1917 – 1920 – ci illərin , eləcədəbu illərin ən faciəli hadisələrindən olan turk – müsəlman soyqırımının tətqiqi çox mühüm əhəmiyyət kəsb edir. Bu , bir tərəfdən sovet dönəmində təhrif edilmiş keçmişimiz haqqında obyektiv məlumat əldə etmək istəyindən yaranırsa , digər tərəfdən Azərbaycanın hazırda düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmaq üçün həmin dövrün tarixi təcrübəsindən faydalanmaq zərurətindən irəli gəlir.Tarixi faktlar sübut edir ki, 1917 – 1920 – ci illərdəki mürəkkəb vəziyyətdən məharətlə yararlanan ermənilər Cənubi Qafqazda möhkəmlənən bolşeviklərdən öz mənfur məqsədləri – mifik erməni dövləti yaratmaq planını reallaşdırmaq üçün istifadə edərək türk – müsəlman əhalisini bu ərazidən sıxışdırıb çıxarmağa girişdilər. Belə ki, Birinci dünya müharibəsi (1914 – 1918 – ci illər) dövründə Osmanlı ərazisinə daxil olmuş rus ordusuna arxalanaraq ermənilər yüzminlərlə türkün həyatına son qoydular , bunun ardınca isə törətdikləri qırğından şirniklənərək bu ərazidə erməni dövləti yaratmaq ididalarını Avropa dövlətləri qarşısında tələb kimi irəli sürdülər. Ermənilər geri çəkilən rus ordusunun himayəsi ilə Cənubi və Şimali Azərbaycan torpaqlarında da soyqırım siyasətini davam etdirirdilər : az vaxt ərzində Baki şəhərində , Zəngəzur , Naxçıvan , İrəvan , Gəncə , Şamaxı , Quba , Lənkəran ərazilərində və amansız vəhşiliklər törətməklə , yüz minlərlə Azərbaycan türkünü qətlə yetirdilər və ya öz ev – eşiklərindən didərgin saldılar. Çar Rusiyasından sona qədər faydalana bilməyən erməni daşnakları bu istəkləri Sovet Rusiyası dönəmində davam etdirdilər.Bu fəaliyyətin ən dəhşətli səhifələrindən biri də 1918 – ci ilin martından 1918 – ci ilin sentyabrına kimi davam edən erməni vəhşilikləri oldu .1918 - ci il Mart soyqırımı daşnak – bolşevik ittifaqının birgə fəaliyyəti nəticəsində ,, Daşnaksütyun ,, un liderlərindən olan Kaçuznuninin dediyi kimi , ,, 1918 – ci il martında bolşeviklərin zərbə qüvvəsi ,, Daşnaksütyun,, idi. S.Şaumyan ,, Mart hadisələrinə qədər Bakıda Sovet hakimiyyyətinə Bakıda real hərbi qüvvə gərək idi ,, ifadələri həm də bu fikri təsdiqləyir, həm də silahlı terrora , xalqımızın istiqlal istəyini qan içində boğmağa doğru yönələn vəhşiliyə ,, Müsavat ,, dan oktyabr seçkilərinin qisasını alamağa bolşevik və daşnakların kəskin ehtiyac duyduğunu açıqlayır.1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökümətinin 15 iyul qərarı ilə Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiyanın işi nəticəsində bu hadisələr ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri bir xalqın başqa falqa soyqırımı kimi xarakterizə olundu.Fövqəladə Təhqiqat Komissiyasının umumiləşdirdiyi hesabatına görə Bakı şəhərində üç gün ərzində (30 mart – 1 aprel) 12 min bəfər azərbaycanlı qətlə yetirilmişdir.Sentyabra qədər isə təkcə Bakı qəzasında öldürülənlərin sayı 30 min nəfəri keçnişdir Erməni qaniçənləri bu qırğınların miqyasını bir azda genişləndirərək Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirmişlər ki, bunların da 4190 nəfəri kişi , 2267 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi , 794 qadın və 485 uşaq yaralanmışdır. Verilən məlumatlara görə təkcə Zəngəzur qəzasında 10068 nəfər öldürülmüş və ya şikəst edilmişdir. Vaqudi kəndində erməni əsgərlərinə paylanmış 15 azərbaycanlı qız namussuzluq əzabına dözməyərək intihar etmişdir. Quba qəzasında 122 kənd yerlə - yeksan edilmiş, minlərlə dinc sakin qətlə yetirilmişdir.
    Göyçay , Kürdəmir , Səlyan , Lənkəran və s. Azərbaycan bölgələri də bu faciələri yaşamışlar. Martın 31 – də düşmən qüvvələri topların təyyarələrin, Xəzər hərbi gəmilərin köməkliyi ilə İçərişəhərdə, Çəmbərəkənddə , Şamaxı yolunda şəhərin digər hissələrində silahsız və günahsız mesəlmanları gülləbaran etdilər. S.Şaumyanın göstərişi ilə ,, QARS,, və ,,ƏRDƏHAN,, hərbi gəmiləri dənizdən Qız qalasını və Təzə pi məscidini toplardan intensiv şəkildə atəşə tutdular. Hadisədən bir qədər sonra S.Şaumyan Leninə göstərdiyi məktubda bildirirdi ki, ,, bilərəkdən müsəlmanların qiğınına getmişdir,,. Lakin Azərbaycanda , daha sonra Ermənistanda sovet rejimi qurulduqdan sonra iki xalq arasında ,, səmimi ,, münasibətlərin təbliğinə xüsusi diqqət ayrıldı və türk – müsəlman qırğınları insanların yaddaşından silinməyə başlandı. 30 – cu illərin sonlarında 1918– ci ilin martında soyqırımqurbanlarının dəf olunduğu Çənvərəkənd qəbristanlığını ( 1990 – ci il yanvarın 20 – də unutqanlığımıza görə tarix bizi növbəti dəfə cəzalandırdı və bu ərazi yenidən şəhidlər xiyabanı oldu) insanların yaddaşlarından silmək üçün əlindən gələni edən Şaumyana , Avakyana, Əmirova, Saakyana və onlarca başqalarına heykəllər qoyulmağa başlanıldı. Ermənilərin himayəçisi , onları azğınlaşdırıb vəhşi vəziyyətinə salan Sovet Rusiyasının Xarici İşlər Naziri Çiçerin 1922 – ci ilin dekabrında Lozanna konfransında demişdir : ,, Şərqdə işğalçı siyasətin yeridiciləri , xarici kapitalın agentləri satqı və yaltaq erməni daşnaqlarıdı ,, .Paris sülh konfransında və onun davamı olan London və San – Remo konfranslarında Birinci Dünya müharibəsi zamanı Antanta dövlətlərinə göstərdikləri ,, xidmətin ,, müqabilində ,, Böyük Ermənistan ,, dövləti yaratmaq üçün daşnaqların göstərdikləri canfəşanlıq və manevrlərlə əlaqədar İtaliyanın Baş Naziri Françeska Nittinin onların barəsində söylədiyi fikir çox ədalətli və obyektivdir . O, Versal Ali Şurasının iclaslarının birində demişdi : ,, Cənablar , türklər ermənilərin uydurduğu kimi qəddar və zülmkar deyildir. Türklərin bədbəxtçiliyi , çox mərkli və hiyləgər ermənilər, yunanlar və yəhudilərlə əhatə olunmaqlarıdır,,. Bu konfrans dövründə Osmanlı rəhbərlərinin gizli yazişmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi sürətdə öldürülməsi haqqında heç bir sənəd və fakt tapılmadı. Əksinə , Avropadan gələn məmurlar belə faktla reallaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir. Erməni
təbliğatı ilə bağlı məşğul olan ingilis jurnalisti Stokland Liddelin ; 1918 – 1929 – ci illərdə Cənubi Qafqazda baş verən hadisələri yaxından izləyən jurnalist kimi yazır ; ,, Ermənilər həmişə özlərinə savaş axtarırlar , təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər .Əslində bu onların özlərinin qazandıqları cəzadır.
    Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çox xeyir gətirə bilər,, . Stokland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gətirir ; ,, Erməninin nə vaxt və necə ölməsindən asılı olmayaraq başını məzardan qaldırır və qışqırır I mən kütləvi qırğın zamanı öldürülmüşəm ,, . 28 aprel 1920 – ci il tarixində Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR) yaradılmışdır. Faktlar sübut edir ki, 70 ildən artıq Sovet hakimiyyəti döründə ermənilər öz ərazilərinin Azərbaycan hesabına genişləndirilməsi və azərbaycanlıların öz tarixi torpaqlarından qovub - çıxarılmasına nail olmuşlar .Məqsədyönlü və sistemli şəkildə həyata keçirilən bu siyasət nəticəsində 1918 – 1920 - ci illərdə 114.000 kv.km ərazisi olan Azərbaycan Sovet dövründə 86.600 kv.km -ə qədər kiçildi. 12 mart 1922 – ci il tarixindən 5 dekabr 1936 – cı il tarixinədək Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibinə daxil olmuşdur. Azərbaycanın ZSFSR - ə qəbul olunmasına qədər Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya İmperiyası sərhədlərində və Şərur - Dərələyəz qəzasının üçdə - iki hissəsi artıq ermənistana verilmişdir. Azərbaycan ZFSR - ə qəbul edildikdən sonra Qazax qəzasının xeyli hissəsi , Cəbrayıl qəzası və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR ) bir sıra kəndləri Ermənistanın tərkibinə daxil edildi .Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən , 1988 – ci il noyabrın 22 – dən 28 – dək olan müddətdə 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, ermənilərlə qarışıq 94 yaşayış məntəqəsi azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 200 mindən artıq azərbaycanlı , 18 min müsəlman kürd, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. 1991 – ci il avqustun 8 –də (18 fevral 1929 – cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmiş, daşnakların ,, Türksüz Ermənistan ,, ideyası reallaşmışdır. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş , minlərlə qadın , uşaq və qoca müxtəlif bədən xəsarəti almış , on minlərlə ailənin əmlakı qarət olunmuşdur.Maraqlıdır ki, erməni tarixçilərinin də dediklərinə görə azərbaycanlıların soy qırımına məruz qalması bir danılmaz faktdır. Hansı ki, bu faktlar Erməni müəllifi A- Do – nun 1907 ci ildə İrəvanda dərc edilən ,,Qafqaz erməni – türk toqquşmaları , kitabında etiraf edilir ki, 1905 – ci il may – iyun aylarında İrəvan qəzasında Qıpçaq, Güllücə , Məngüs,Damagirməz , Tutiyə, Kamal və Məsimli kəndlərinin , Eçmiədzin qəzasının Üşü , Qatır, Nəzrəvan , Təkiyə , Pərsi , Əngirsək , Kavtarlı , Hamamlı ,Kiçikkənd kəndlərinin türkləri qırğınlara məruz qalmışlar.
    1990-cı ilin yanvarında öz milli haqlarının və ərazi bütövlüyünün müdafiəsinə  qalxan xalqımıza qarşı Konstitusiya borcunu yerinə yetirməkdən imtina edən SSRİ hakimiyyət orqanları və respublikanın o zamankı rəhbərliyi tərəfindən görünməmiş vəhşiliklər törədildi, yüzlərlə insan qətlə yetirildi, 1992-ci ilin fevralında keçmiş sovet qoşunlarının yaxından köməyi ilə erməni hərbi birləşmələri müasir tarixdə analoqu olmayan müdhiş faciə törətdilər. Azərbaycan şəhəri Xocalının minlərlə müdafiəçisi və dinc sakini öldürüldü, əsir alındı, şəhər yerlə yeksan edildi. Bu misilsiz vandalizm və soyqırımı aktlarından məqsəd xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq idi.Ümumiyyətlə, 1990 – 1993 - cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan əlavə , Azırbaycanın daha 7 rayonunu , 877 şəhər , kənd və qəsəbəsini işğal etmiş , dağıtmış və yandırmış , 20 minə yaxın azəraycan vətəndaşını öldürmüş, 4 minə yaxın ərazini girov götürmüşlər. 10 mindən çox dinc sakin yaralanmış , 50 mindən çox adam əlil olmuş , bir milyona yaxınazərbaycanlı öz torpaqlarından didərgin salınmış , ölkə iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992 - ci il fevralın 26 – da isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir nümunəsi olmuşdur. Ermənilərin XIX əsrlərdə xalqımıza qarşı həyata keçirdikləri kütləvi qırğınlar, soyqırımlar, represiyalar və departasiyalar haqqında faktlar Sovet hakimiyyəti illərində Azərbay tarixşünaslığında məlum səbəblərdən öz əksini tapmamışdı. Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində yalnız son illərdə ictimaiyyətə qismən də olsa çatdırılmışdır. Yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998 – ci il tarixli ,, Azərbaycanlıların soyqırımı haqqında ,, fərmanı ilə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlara hüquqi – siyasi qiymət verilmiş , 31 Mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir. 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Məhz bu ulu öndərimiz Heydər Əliyevin layiqli siyasətinin baris bir nümunəsidir ki, həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Ümummilli lider Heydər Əliyevin 1997 – ci il 18 dekabr tarixli, 1948 – 1953 – cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəkitarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında,, fərmanı ilə 1948 – 1953 – cü illər azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi – etnik torpaqlarından kütləvi sürətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi , Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi – siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır.
    Fərmanda bu deportasiya aktları ilə bağlı vurğulanır : ,, SSRİ Nazirlər Sovetinin 1947 – ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948 – ci il 10 mart 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur . Bu qərarlar əsasında 1948 – 1953 – cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə - baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar – totalitar rejim mövcud represiya qaydaları geniş tətbiq edilmiş , minlərlə insan , o cümlədən qocalar və körpələr ağır köçürülmə , kəskin iqlim dəyişikliyinə , fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar . Bu işdə erməni şovinist dairələrinin və SSRİ – rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi , soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. Ulu öndərimizin davamçısı olan İlham Əliyevdə bu faciənin , azərbaycanlıların böyük bir qisminin soyqırıma məruz qalmasını dünya ictimaiyyətinə çatdırılmasın da böyük işlər görmüşdür.Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir. Məhz Cənam Prezidentimiz İlham Əliyevin işinin layiqli nəticəsidir ki; Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən- günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusu dayanır. Azərbaycan hazırda iqtisadi artım göstəricilərinə görə dünyada lider mövqelərə sahibdir. Təhlillər göstərir ki, ölkəmizin inkişaf dinamikası yaxın illərdə də saxlanacaq və daha da yüksələcəkdir.
    Azərbaycan regionda ən mühüm qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin iştirakçısı və təşəbbüsçüsüdür. 2006-cı ildə Bakı-Tbilisi- Ceyhan əsas ixrac neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yolunun çəkilişinin başlanması ölkəmizin imkanlarını daha da genişləndirəcək və daha böyük layihə və proqramların reallaşdırılmasına şərait yaradacaqdır. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Artıq bu istiqamətdə müəyyən uğurlardan da danışmaq olar. Dost icmalarla, xüsusən qardaş türk diasporu ilə əməkdaşlıq şəraitində xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmaqdadır.
    Bakıda keçirilən Dünya azərbaycanlılarının ikinci qurultayında nümayiş etdirilmiş birlik və həmrəylik əzmi bunun əyani sübutu oldu. Azərbaycan Prezidenti , İlham Əliyevin vurğuladığı kimi , Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi yüksək muxtariyyət statusu münaqişənin həllinin ən optimal yoludur və gec – tez separatçı rejimin havadarı olan Ermənistan bu reallıqla barışmalı olacaq. Cənab İlham Əliyev Dağlıq Qarabağa dünya miqyasında mövcud olan ən yüksək muxtariyyət statusunun verilməsi təklifini beynəlxalq hüquq normalarına tam adekvat hesab edir. Bununla yanaşı , dövlət başçısı Ermənistanın bu təklifi düzgün dəyərləndirməyəcəyi təqdirdə Azərbaycanın həmin təkilifə yenidən baxmalı olacağı mesajını da vermişdir. Ölkə başçısının yeritdiyi prinsipial daxili və xarici siyasətə ürəkdən inanan Azərbaycan vətəndaşları erməni işğalının tezliklə aradan qaldırılacağına və haqq - ədalətin öz yerini tapacağina əmindirlər.Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır.

Güler AHMEDOVA
  • YORUMLAR
adlı kullanıcıya cevap x
İlginizi Çekebilir
Ehlibeyt Alimleri Derneği’nden Aşura Programına Katılanlara Teşekkür
Ehlibeyt Alimleri Derneği’nden Aşura Programına Katılanlara Teşekkür
TOBB Nefes Kredisi Iğdır’da Yeniden Başlıyor!
TOBB Nefes Kredisi Iğdır’da Yeniden Başlıyor!
Estetik Dokunuşlarla Iğdır Daha Güzel Olur
Estetik Dokunuşlarla Iğdır Daha Güzel Olur
Küllük Köyü'nde Tarımda Sessiz Devrim: Sürmeli Çukuru Kooperatifi Çorak Toprakları Yeşertiyor
Küllük Köyü'nde Tarımda Sessiz Devrim: Sürmeli Çukuru Kooperatifi Çorak Toprakları Yeşertiyor
Son Haberler
Bakan Göktaş: "Kimseyi geride bırakmayan bir toplum için çalışıyoruz"
Bakan Göktaş: "Kimseyi geride bırakmayan bir toplum için çalışıyoruz"
Ağrı kadın futbol takımı, Bakan Göktaş'la bir araya geldi
Ağrı kadın futbol takımı, Bakan Göktaş'la bir araya geldi
Başkan Özdoğan: "Hacılar'da konforlu ve güvenli yaşam için kararlılıkla çalışıyoruz"
Başkan Özdoğan: "Hacılar'da konforlu ve güvenli yaşam için...
"Metan gazında en büyük tehlike fark edilememesi"
"Metan gazında en büyük tehlike fark edilememesi"
Manisa'dan 17 firma İSO ikinci 500 listesinde yerini aldı
Manisa'dan 17 firma İSO ikinci 500 listesinde yerini aldı
YAŞAYAN TARİH ABBAS DEDE 119 YAŞ GÜNÜNÜ KUTLADI
YAŞAYAN TARİH ABBAS DEDE 119 YAŞ GÜNÜNÜ KUTLADI

Ana Sayfa
Genel Haber
Kültür & Sanat
Gündem
Siyaset
Sağlık
Spor
Eğitim
Resmi İlanlar
Duyurular
Haberler
Köşe Yazarları
Foto Galeri
Video Galeri
Biyografiler
Üye Paneli
Günün Haberleri
Arşiv
Gazete Arşivi
Hava Durumu
Gazete Manşetleri
Nöbetci Eczaneler
Namaz Vakitleri
  • Duyurular
  • Eğitim
  • Genel Haber
  • Gündem
  • Haberler
  • Kültür & Sanat
  • Resmi İlanlar
  • Sağlık
  • Siyaset
  • Spor
  • Foto Galeri
  • Video Galeri
  • Köşe Yazarları
  • Biyografiler
  • Üye Paneli
  • Günün Haberleri
  • Arşiv
  • Gazete Arşivi
  • Hava Durumu
  • Gazete Manşetleri
  • Nöbetci Eczaneler
  • Namaz Vakitleri

  • Rss
  • Künye
  • İletişim
  • Çerez Politikası
  • Gizlilik İlkeleri

Sitemizde bulunan yazı , video, fotoğraf ve haberlerin her hakkı saklıdır.
İzinsiz veya kaynak gösterilemeden kullanılamaz.