Artıq erməni siyasətçiləri və hərbi ekspertləri Koşanerin Silahlı
Qüvvələrin rəhbərliyinə gətirilməsini müxtəlif prizmalardan şərh etməyə
başlayıb.Ermənilər hələ Türkiyədə Ali Hərbi Şuranın (YAŞ) toplantısı
başlanandan Baş Qərargah rəisi postuna real namizəd olan Koşanerin
azərbaycanpərəst olduğunu bəyan etmişdilər. Bu gün Ermənistandan
yayımlanan və Daşnaksütyun partiyasına yaxınlığı ilə tanınan
www.news.am saytı hazırladığı xəbəri «Türk ordusunun başına Azərbaycan
tərəfdarı general gətirildi» başlığını ilə yayımlayıb. Sayt yeni Baş
Qərargah rəisinin fəaliyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin
gücləndirilməsində yaxından iştirak etdiyini, Azərbaycan hərbçilərinin
Türkiyədə təhsil almalarına da ən böyük dəstəyin məhz general Koşaner
tərəfindən göstərildiyini yazır.Xatırladaq ki, İ.Koşaner sonuncu dəfə
Azərbaycana ötən ilin oktyabr ayında gəlib. Səfər çərçivəsində
türkiyəli general müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri
Ramil Usubov və prezident İlham Əliyevlə görüşüb.İ.Koşanerin Azərbaycan
ordusunun gücləndirilməsində göstərdiyi səylər artıq Rusiya və İran
mətbuatında da yer alıb. İran internet saytları Koşanerin yeni vəzifədə
Türkiyənin Mərkəzi Asiyadakı türk cümhuriyyətlərinə açılma siyasətində
mühüm rol oynayacağını, eləcə də Ankaranın ən yaxın müttəfiqi olan
Azərbaycana hərbi yardımları daha da artıracağını yazır. Qeyd edək ki,
YAŞ-ın budəfəki toplantısının qalmaqallarla yadda qalmasına baxmayaraq,
türkiyəli hərbi ekspertlər vaxtı ilə «Bordo bereli» diviziyasına
(xüsusi təyinatlı qüvvələr) rəhbərlik etmiş İ.Koşaneri «bacarıqlı və
millətini sevən» hərbçi kimi xarakterizə edirlər. Türkiyə KİV-in
yazdığına görə, İ.Koşaner müxtəlif dövrlərdə Azərbaycan da daxil
olmaqla digər türkdilli dövlətlərin hərbçilərinin Türkiyədə
hazırlanması, bu ölkələrə hərbi yardımların göstərilməsində, həmçinin
ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Buna
misal olaraq, generalın «Türkiyə Silahlı Qüvvələri gücünü və qüdrətini
əmrində və xidmətində olduğu, Türkiyə Cümhuriyyətini quran türk
ulusundan alır» - sözləri misal göstərirlər. Qeyd edək ki, Türkiyə
Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən dəfələrlə Azərbaycana qarşı
sevgi və dəstək açıq bəyan edilib. Hazırda Hərbi Hava Qüvvələrinə
komandanlıq edən Həsən Aksayın tədbirdə azərbaycanlı kursantların
təqdim etdiyi Azərbaycan bayrağını öpməsi, avqustun 30-da təqaüdə çıxan
generallar Hasan İğsız və Jandarma Komandanı Atilla İşıkın Azərbaycana
səfərləri və Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatları buna misal
göstərilə bilər. Ümumilikdə son 10 ilin təcrübəsi göstərir ki, Türkiyə
Silahlı Qüvvələrinin və Silahlı Qüvvələrin strukturlarının yeni
rəhbərləri ilk səfərlərini də Azərbaycana edir.
Genel Haber
Yayınlanma: 14 Ağustos 2010 - 12:02
Türk ordusunun başına Azerbaycan terefdarı general getirildi
ERMENİLERİN İDDASI : Ordu generalı İşık Koşanerin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunması iki gündür, erməni mətbuatını da məşğul edən əsas hadisələrdən birinə çevrilib.
Genel Haber
14 Ağustos 2010 - 12:02