Əli Səmədi (Elyar Səmədli)


Bax bizim dağların qız bənizinə
Lalə yarpağından leçəyi vardı
Nərgizlər boy verir adam dizinə
Tər bənövşə dolu, ətəyi vardı.

O uca dağların başında qaram
Pozulmaz ilqaram, sınmaz vüqaram
İllərdi məhəbbət işində varam
Bu işdə əlimin əməyi vardı.

Yaxşı iş yaxşıdı, kim nə deyib ki?
Yaman var yaxşının donun geyib ki!
"Düz, əyrini kəsər", amma heyif ki
Bə'zən əyri işin çörəyi vardı.

Əyri, çörək salsa, yayılmır ətə
Qurbanam düzlükdə o bərəkətə
Atalar sözünü salma qürbətə
Bu sözdə balların pətəyi vardı.

Ürəyin həniri, odu məhəbbət
Bütün yazıların adı məhəbbət
Həyatın duzu, dadı məhəbbət
Bunu bilməyənin kötəyi vardı.

Bir məsəl var:"Əcəl gələr, can gedər"
"Elyar"ın ömürünü eyləmə hədər
Qıyma onu bərkə salsın qəm-kədər
Çünkü bir yumuşaq ürəyi vardı.

Ticaret Bakan Yardımcısı Mahmut Gürcan’dan Vali M. Fırat Taşolar’a Ziyaret
Ticaret Bakan Yardımcısı Mahmut Gürcan’dan Vali M. Fırat Taşolar’a Ziyaret
İçeriği Görüntüle

Makı
Günəş ili 1405/3/25

Muhabir: Haber Merkezi